RU

Leonardo Pavoletti “Kalyari” ilə vidalaşacaq – ARENA.AZ

37 yaşlı italiyalı mərkəz hücumçusu Leonardo Pavoletti 2025/2026-cı illər mövsümünün başa çatması ilə “Kalyari”dən ayrılacaq.

Arena.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Kapitan “Kalyari”ni azad agent qismində tərk edəcək. Tərəflər cari mövsümün sonunda başa çatacaq ortaq müqaviləni yeniləməmək qərarına gəliblər.

Pavolettinin “Kalyari”dən ayrılandan sonra karyerasını da bitirməsi gözlənilir. Bunun səbəbi isə təcrübəli futbolçunun hazırda ciddi zədədən əziyyət çəkməsidir.

Leonardo Pavoletti “Kalyari”yə 2017-ci ildə “Napoli”dən 9,8 milyon avro müqabilində keçmişdi. O, sözügedən komandanın heyətində 231 oyuna çıxıb, 52 qol vurub, 9 məhsuldar ötürmə verib.

Pavoletti karyerası ərzində “Sassuolo”, “Cenoa”, “Vareze”, “Virtus Lansano”, “Paviya”, “Esperiya”, “Çitta di Kasale”, “Napoli”, “Yuve Stabiya” kimi klubların da formasını geyinib.

Hücumçu 2019-cu ildə İtaliya millisində də 1 oyun keçirib, 1 qol vurub.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Избранный
26
8
arena.az

10Источники