RU

Si Cinpin Vladimir Putini şəxsən qarşıladı

Çin Xalq Respublikasının sədri Si Cinpin Rusiya Prezidenti Vladimir Putini Pekində, danışıqların keçiriləcəyi Xalq Toplantıları Evinin qarşısında şəxsən qarşılayıb.

Publika.az xəbər verir ki, bu barədə “RİA Novosti”nin müxbiri məlumat verib.

Görüşdən əvvəl Tyananmen meydanında Rusiya nümayəndə heyətinin rəsmi qarşılanma mərasimi keçirilib.

Xatırladaq ki, Vladimir Putin mayın 19-da ikigünlük rəsmi səfərlə Çinə gəlib. Pekin hava limanında Rusiya lideri üçün yüksək səviyyəli qarşılanma mərasimi təşkil olunub. Təyyarənin pilləkəni önündə onu Çinin xarici işlər naziri Van İ, Çinin Rusiyadakı səfiri Çjan Hanhuey və Rusiyanın Pekindəki diplomatik missiyasının rəhbəri İqor Morqulov qarşılayıblar.

Избранный
14
23
publika.az

10Источники