RU

Bakı–Tbilisi qatarlarında bu şəxslər üçün xüsusi şərait yaradıldı



Bakı–Tbilisi qatarlarında hərəkət məhdudiyyətli şəxslər üçün xüsusi şərait yaradılıb.

aia.az xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yolları QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə vaqonlarda hərəkət məhdudiyyətli sərnişinlər üçün xüsusi kupələr ayrılıb və onların rahat şəkildə qatara minib-düşməsi üçün əlavə texniki imkanlar təmin edilib:

"Yeni qatarlar inklüzivlik prinsipləri nəzərə alınaraq formalaşdırılıb və bütün sərnişinlərin rahat səyahəti üçün uyğunlaşdırılıb", - deyə o qeyd edib.

aia.az



Избранный
18
8
aia.az

9Источники