RU

“Əl-Nəsr"i çempion etdi – “Fənərbağça”ya gedir


Portuqaliyalı mütəxəssis Xorxe Jesus komandanın Səudiyyə Ərəbistanı çempionatında qələbəsindən sonra “Əl-Nəsr” futbol klubunun baş məşqçisi vəzifəsindən istefa verdiyini elan edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə B24 portalı məlumat yayıb.
“Bu qələbə ilk növbədə Kriştianu üçündür. Mən bu çağırışı yalnız ona “Sənin çempion olmağına kömək edəcəyəm, biz titul qazanacağıq, sonra isə mən gedəcəyəm” dediyim üçün qəbul etdim”, - deyə Jesus bildirib.
“Bundan sonra hara gedəcəyəm? Bəlkə də, “Fənərbağça” ilə yarımçıq qalmış və tamamlanmalı olan bir hekayəm var”, - portuqaliyalı mütəxəssis əlavə edib.
Qeyd edək ki, 71 yaşlı Jesus 2025-ci ilin iyul ayından bəri “Əl-Nəsr”ə rəhbərlik edir. O, 2023-cü ildən 2025-ci ilə qədər Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunda işləyib, həmçinin, 2018-ci ildən 2019-cu ilə qədər kluba rəhbərlik edib. Onun rəhbərliyi altında komanda üç dəfə Səudiyyə Super Kubokunu, həmçinin, Səudiyyə Çempionatını və Səudiyyə Kubokunu qazanıb.
Избранный
82
35
yeniavaz.com

10Источники