RU

Kadırovun qadağan etdiyi enerji içkisi geri döndü – indi oğlunun reklamını edir - Video

Çeçenistan rəhbəri Ramzan Kadırov oğlu Adəm Kadırovun istehsal etdiyi K-13 enerji içkisini reklam etməsi ilə yenidən sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.

Musavat.com xəbər verir ki, Kadırov RUS Kuboku — Superenduro yarışları zamanı içkini təqdim edərək onu ən yaxşı və orqanizm üçün zərərsiz adlandırmağa çalışıb. Lakin çıxışı zamanı sözləri çətin tələffüz etməsi və qeyri-aydın danışığı diqqət çəkib.

Sosial şəbəkə istifadəçiləri isə vəziyyətin ironik olduğunu vurğulayıblar. Belə ki, Kadırov hələ 2013-cü ildə Çeçenistanda enerji içkilərinin satışını tam qadağan etmiş, onları aqressiya və depressiya yaradan zəhərli maddələr kimi xarakterizə etmişdi.

Musavat.com

Избранный
35
3
musavat.com

4Источники