RU

“Reuters”: Çin nüvə anbarları ətrafında hərbi obyektlər şəbəkəsi qurur

ain.az, Ayna saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Nüvə raketləri anbarının yaxınlığında geniş buraxılış məntəqələri, bunkerlər və rabitə qovşaqları şəbəkəsi qurulur

Çin hakimiyyəti ölkənin şimal-qərbində nüvə raket anbarlarının ətrafında geniş hərbi qurğular şəbəkəsi qurur. AYNA.AZ xəbər verir ki, bu barədə “Reuters” peyk görüntülərinə istinadən məlumat yayıb.

Analitiklər Çinin nüvə arsenalını gücləndirmək niyyətində olduğunu irəli sürürlər. Hami qraflığında, boş qalan nüvə raketləri anbarının yaxınlığında geniş buraxılış məntəqələri, bunkerlər və rabitə qovşaqları şəbəkəsi qurulur. Hazırda ölkənin Sincan Uyğur Muxtar Bölgəsində 80-dən çox obyekt artıq fəaliyyətdədir.

Məlumatda qeyd olunub ki, "Çin özünün ucqar şimal-qərbində, Hami nüvə bunker sahəsinin yaxınlığında 80-dən çox buraxılış meydançası və üç səkkizguşəli konstruksiya inşa edib".

Medianın məlumatına görə, anbarlarda Pekinin ən uzaq mənzilli raketlərinin arsenalı saxlanılır. Üç təhlükəsizlik analitiki görüntüləri araşdırdıqdan sonra elektron müharibə (EW), peyk rabitəsi və hərbi əməliyyatlar üçün istifadə edilə bilən obyektlər də aşkar edib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
71
19
ayna.az

10Источники