RU

Azərbaycanın minifutbol millisinin Avropa çempionatının 1/8 final mərhələsindəki rəqibi bəlli olub

Minifutbol üzrə Azərbaycan millisinin Slovakiyada keçirilən Avropa çempionatının 1/8 final mərhələsindəki rəqibi bəlli olub.

Ölkə.Az xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv növbəti raundda Qazaxıstan seçməsi ilə üz-üzə gələcək.

Azərbaycan millisi F qrupunu 9 xalla birinci pillədə başa vurub. Qazaxıstan yığması 4 xalla E qrupunda ikinci olub.

Xatırıadaq ki, Azərbaycan komandası qrup mərhələsində Avstriya (1:0), İtaliya (3:0) və Fransanı (1:0) məğlub edib.(Report)

Избранный
40
11
olke.az

10Источники