İsrailin Baş naziri Benyamin Netanyahu orduya (ÇAXAL) Livanda quru əməliyyatlarının genişləndirilməsi və “Hizbullah”ın nəzarətində olan ərazilər üzərində daha dərin nəzarətin təmin edilməsi barədə göstəriş verdiyini açıqlayıb.
Bakıvaxtı.az telegraf-a istinadən xəbər verir ki, Netanyahu bildirib ki, İsrail qüvvələri Litani çayını keçib və Bofor silsiləsini ələ keçirib.
Hökumət başçısının sözlərinə görə, İsrail Müdafiə Ordusu artıq planlaşdırılan hədəflərin bir hissəsini reallaşdırıb:
"Mən ordumuza Livandakı manevrləri genişləndirmək tapşırığı vermişəm. Qüvvələrimiz Litani çayını keçərək "Bofor" yüksəkliyini ələ keçiriblər. İndi isə mənim göstərişim "Hizbullah"ın nəzarət etdiyi ərazilərdə mövqelərimizi daha da dərinləşdirmək və genişləndirməkdən ibarətdir".