RU

Konqoda Ebolaya yoluxanların sayı 321-ə çatıb

Konqo Demokratik Respublikasında (KDR) Ebola virusuna yoluxanların sayı artaraq 321 nəfərə çatıb.

Trend xəbər verir ki, bu barədə "Reuters" agentliyi xəbər yayıb.

Məlumata əsasən, daha əvvəl Ümumdünya Səhiyyə Təşkilatı ölkədə Ebola virusuna 906 şübhəli yoluxma halının qeydə alındığını bildirmişdi. Bazar günü KDR hakimiyyəti təsdiqlənmiş yoluxma hallarının əvvəlcə 282, daha sonra isə 321 nəfərə yüksəldiyini açıqlayıb.

Agentliyin məlumatına görə, beynəlxalq CEPI (Epidemiyaya Hazırlıq İnnovasiyaları Koalisiyası) təşkilatı ölkənin şərqində yayılan "Ebola-Bundibuqyo" ştammına qarşı peyvəndlərin hazırlanması işlərini sürətləndirmək məqsədilə "Moderna" şirkətinə təxminən 60 milyon dollar vəsait ayıracaq.

Xatırladılıb ki, CEPI COVID-19 pandemiyası dövründə vaksinlərin hazırlanmasına maliyyə dəstəyi göstərən ilk investorlar sırasında yer alıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
104
3
olaylar.az

6Источники