RU

Ebolaya yoluxanların sayı 321-ə çatıb

Konqo Demokratik Respublikasında (KDR) Ebola virusuna yoluxma hallarının sayı 321-ə çatıb.

“İki sahil” xəbər verir ki, bu barədə "Reuters" agentliyi xəbər yayıb.

Məlumata görə, Ümumdünya Səhiyyə Təşkilatı əvvəllər Konqo Demokratik Respublikasında Ebola virusuna 906 şübhəli yoluxma halı barədə məlumat verib. Bazar günü ölkə hakimiyyəti təsdiqlənmiş halların sayının 282-yə çatdığını, sonra isə bu rəqəmin 321-ə yüksəldiyini açıqlayıb.

"Reuters" həmçinin bildirib ki, beynəlxalq CEPI (Epidemiyaya Hazırlıq İnnovasiyaları Koalisiyası) təşkilatı Konqonun şərqində yayılan "Ebola-Bundibuqyo" virusuna qarşı peyvəndlərin hazırlanmasını sürətləndirmək üçün "Moderna" şirkətinə təxminən 60 milyon dollar ayıracaq.

Qeyd edilir ki, CEPI COVID-19 pandemiyası zamanı peyvəndlərin hazırlanmasını dəstəkləyən ilk investorlardan biri olub.

Избранный
49
4
ikisahil.az

6Источники