RU

Səyyar ASAN yenidən yola çıxır



2-25 iyun tarixində Daşkəsəndə, Şabranda, Hacıqabulda, Astarada, Tərtərdə, Ağsuda, Yevlaxda və Xırdalanda, 16-25 iyun tarixində isə Mərdəkanda vətəndaşlara səyyar xidmət göstəriləcək.

Newscenter.az xəbər verir ki, Səyyar ASAN xidmət avtobusları həftə içi 5 gün saat 10:00-dan 17:00-dək fəaliyyət göstərir.

Ağsuda fəaliyyət göstərən Səyyar ASAN xidmət avtobusunda isə iş qrafiki saat 11:00- dan 17:00-dək nəzərdə tutulub.

Vətəndaşlar səyyar xidmətlər barədə ətraflı məlumat əldə etmək üçün 108 (daxili nömrə 3 yığaraq) Çağrı mərkəzinə müraciət edə bilərlər.

Ruhiyyə Mehdiyeva
Избранный
36
5
newscenter.az

10Источники