RU

Azərbaycan Rusiya və İranla buna dair razılıq əldə etdi

Azərbaycan Rusiya və İranla “e-Permit” sisteminin tətbiqinə dair razılıq əldə edib.

Turkustan.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) yükdaşımaları departamentinin direktoru Sübhan Əbilov 2-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Forumunda deyib.

S.Əbilov qeyd edib ki, bu sahədə ən vacib məsələ xüsusilə bütün ölkələrin beynəlxalq yükdaşımalarında istifadə etdiyi xarici ölkələrin icazə blanklarıdır: “Yüzminlərlə mübadilə olunan sənədlər daşıyıcılara, sürücülərə beynəlxalq yükdaşımaların həyata keçirilməsi üçün verilir”.

Qeyd edək ki, “e-Permit” (Elektron İcazə), beynəlxalq avtomobil yükdaşımalarında ölkələr arasında istifadə olunan “İcazə” (keçid) blanklarının rəqəmsal formada mübadiləsini və verilməsini təmin edən elektron sistemdir./axar.az

Избранный
44
3
turkustan.az

4Источники