RU

Argentina səfiri ADU-nun qonağı oldu - FOTOLAR

İyunun 3-də Argentina Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Marianxeles Belluşi Azərbaycan Dillər Universitetinin (ADU) qonağı olub.


Manset.az xəbər verir ki, ADU-nun rektoru, akademik Kamal Abdulla qonaqları salamlayıb, onları universitetdə görməkdən məmnun olduğunu bildirib. Qeyd olunub ki, son illər Azərbaycan-Argentina münasibətləri yüksələn xətlə inkişaf etməkdədir. Bu münasibətlər siyasi, iqtisadi sahələrlə yanaşı, elm, mədəniyyət və təhsil sahəsində də özünü müsbət mənada göstərməkdədir.

“Bizim Argentina ədəbiyyatına, mədəniyyətinə, tarixinə böyük hörmətimiz var. Mənim ən sevimli yazıçılarım biri də Borxesdir. Argentina haqqında ilk məlumatları biz Borxesdən öyrənmişik”, - deyən rektor bildirib ki, universitet uzun illərdən bəri Argentina səfirliyi ilə əməkdaşlıq edir. Səfirliklə qurulan sıx təmaslar tələbələrimizə, müəllimlərimizə Argentinanı daha yaxından tanımaq imkanı verir.

Səmimi qarşılanmaya və qonaqpərvərliyə görə təşəkkürünü bildirən səfir  Marianxeles Belluşi Argentina və Azərbaycan arasında mövcud olan tərəfdaşlıq və dostluq münasibətlərindən danışıb. Qeyd olunub ki, ADU ilə sıx əlaqələrin qurulması və əməkdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi çox önəmlidir. ADU tələbələrinin yüksək bilik və bacarıqlara malik olduğunu bildirən qonaq İspan dilli səfirliklərin böyük əksəriyyətində məhz ADU məzunlarının çalışdığını söyləyib. Argentina səfirliyi ilə universitet arasındakı əlaqələrin gələcəkdə daha da möhkəmlənəcəyinə inamını ifadə edən səfir qeyd edib ki, imzalanan təcrübə mübadiləsi əsasında hazırda ADU-nun bir tələbəsi səfirlikdə istehsalat təcrübəsində iştirak edir və bu gün həmin tələbənin tərcümə etdiyi Argentina filminin universitetdə nümayişi olacaq. Ölkələrimizi bir-birinə tanıtmaqda mədəniyyət faktorunun əsas olduğunu vurğulayan səfir Argentina filmlərinin Azərbaycan dilində nümayişini sevindirici hal kimi dəyərləndirib.   

Görüşdən sonra ADU-nun Tərcümə fakültəsinin 4-cü kurs tələbəsi Rəfiqə Cavadlının tərcüməsində “Zəmanə qəhrəmanları” adlı Argentina filmi nümayiş olunub.

 

Избранный
26
2
manset.az

3Источники