RU

“Google” süni intellekt vasitəsi ilə təhsil sistemi yaradır

Süni intellekt tətbiqlərində texnologiya nəhəngləri arasında yarış sürətlənib.
İndex.az xəbər verir ki, “Google” süni intellektdən istifadə edərək, sinif idarəetməsindən tutmuş suallar və dərs planlarının yaradılmasına qədər yeni təhsil texnologiyalar inkişaf etdirir.
Şirkət həmçinin bildirib ki, belə sual-cavab və dərs planları artıq 50-dən çox dildə mövcuddur.
O qeyd edib ki, “Google Workspace” üçün süni intellekt aləti olan “Duet AI” müəllimlərə dərs planları hazırlamağa kömək edə bilər.
Bununla yanaşı “Google” müəllimlərin bu ilin sonunda “Classroom”da müxtəlif qruplar yarada biləcəklərini söyləyib.
Onlar həmçinin müxtəlif qruplara müxtəlif tapşırıqlar verə bilərlər.

Избранный
371
27
index.az

10Источники