RU

“İsrail ordusu quru əməliyyatlarına hazırdır”

İsrail ordusu ordunun Qəzza zolağında quru əməliyyatı variantına hazır olduğunu açıqlayıb. Xalqcəbhəsi.az xarici mətbuata istinadən xəbər verir ki, ordu sözçüsü Aviçay Adraee verdiyi açıqlamada Qəzzada müharibənin lazım olduğu qədər davam edəcəyini və müharibənin gedişatı üçün tarixin müəyyənləşdirilmədiyini bildirib. Adraee, "Qəzza tam mühasirədədir, oraya girmək və çıxmaq mümkün deyil. Su, elektrik və yanacaq kəsilib. Qəzzada quru əməliyyatı ideyası, imkanı və variantı tam mümkündür və ordu hazırdır",-deyə vurğulayıb.
İsrailin qəzzalıları Misir ərazisinə getməyə çağırmadığını bildirən Adraee, "Qəzza ətrafındakı İsrail qəsəbələrinin nəzarət altına alındığını, Qəssam Briqadaları ünsürlərinin axtarışlarının davam etdiyini",-qeyd edib.

Избранный
499
14
xalqcebhesi.az

10Источники