Təcili yardım təyyarəsi qəzaya uğradı: ölənlər var - Video
Kolumbiyada təcili yardım təyyarəsi qəzaya uğrayıb.BUTA.TV xəbər verir ki, bu barədə xarici media məlumat yayıb, Təyyarə Antiokiya inzibati bölgəsindəki Yarumal qəsəbəsində dağlıq ərazidə yerə çırpılıb və alovlanıb.
Qəza nəticəsində ikisi pilot, biri tibb bacısı və biri həkim olmaqla 4 nəfər ölüb. Bölgəyə çoxlu axtarış-xilasetmə qrupu göndərilib. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.