RU

Məxfi toplantı: Ermənistan Zəngəzuru tamamilə itirə bilər

Aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı (Aİ) və Ermənistan rəsmiləri arasında keçiriləcək görüşdən sonra İrəvanın Rusiya ilə bağlı yekun qərarı bilinəcək. 

Herbiand.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri məlumat yayıb.

Nəşr bildirir ki, görüş zamanı Ermənistanın Avropa İttifaqına üzvlük namizədliyi üçün müraciətin edilməsi məsələsi hakim partiya üzvləri arasında ciddi müzakirə edilir.

Məlumata görə, baş nazir Nikol Paşinyan Ermənistan parlamentinin hakim “Mülki müqavilə” fraksiyasının deputatları ilə xüsusi toplantı keçirib. İclasda Paşinyanın komanda yoldaşları Ermənistan iqtisadiyyatının Rusiyadan ciddi şəkildə asılı olması, Kremlin İrəvanın Aİ-yə müraciətini “xəyanət” kimi dəyərləndirəcəyi ilə bağlı narahatlıqlarını bildiriblər. Deputatlar qeyd ediblər ki, xəyanəti bağışlamayan Moskva İrəvana hər hansı cəza verməyə çalışa, nəticədə Ermənistan Zəngəzuru tamamilə itirə bilər.

Müzakirə zamanı Ermənistanın Rusiyadan üz çevirib Avropaya yönəlməsi üçün Qərbdən ciddi maliyyə yardımının tələb edilməsi razılaşdırılıb. Nəşrin məlumatına görə, deputatlar Ermənistanın Rusiyadan iqtisadi asılılığına tamamilə son qoymaq üçün 7-8 il lazım olduğuna, bu müddətdə İrəvana 2-3 milyard dolların ayrılmasına qərar veriblər. Paşinyan komanda yoldaşlarına uzaqlaşmaq müqabilində belə bir təzminat verilməyəcəyini desə də, ən azı 1 milyard dollar vəsaitin alınacağına dair iddialar var.

Избранный
369
35
herbiand.az

10Источники