RU

Bakıda 18, bölgələrdə 23 dərəcə isti olacaq - PROQNOZ

Bakı. Trend:

Aprelin 5-də Azərbaycanda hava şəraiti əsasən yağmursuzkeçəcək.

Trend xəbər verir ki, bubarədə Milli Hidrometerologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında havaşəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasənyağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyiəsəcək.

Havanın temperaturu gecə 6-11°, gündüz 13-18° olacaq. Atmosfertəzyiqi 763 mm civə sütunundan 760 mm civə sütununa enəcək. Nisbirütubət gecə 70-74 %, gündüz 45-50 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi,lakin axşam şimal və qərb rayonlarında arabir yağıntılı olacağıgözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı,dolu düşəcəyi ehtimalı var.

Gecə və səhər arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.Havanın temperaturu gecə 6-11°, gündüz 18-23°, dağlarda gecə 2-7°,gündüz 10-15° olacaq.

Избранный
237
49
az.trend.az

10Источники