RU

Yanvar-sentyabr aylarında 255 mindən çox şəxs aktiv məşğulluq tədbirlərinə cəlb edilib

Yanvar-sentyabr

Bakı, 21 oktyabr, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən bu ilin doqquz ayında 255,4 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, onlardan 83,2 şəxs “Əmək və Məşğulluq” altsistemindəki vakansiya bankına yerləşdirilən vakansiyalar üzrə işlə təmin edilib.

Həmin dövrdə 13,2 şəxs özünüməşğulluq proqramına cəlb olunub. Təlim kurslarında iştirak etdikdən sonra onların kiçik bizneslərini yaratmaları üçün aktivlərlə təminatı həyata keçirilib.

Yanvar-sentyabr aylarında doqquz min işsiz şəxs üçün isə işəgötürənlərlə əməkdaşlıq çərçivəsində peşə hazırlığı kursları təşkil edilib. Digər bir istiqamət olaraq 150 min şəxsə peşəyönümü xidmətləri göstərilib.

 

 

Избранный
358
3
azertag.az

5Источники