RU

Sumqayıtda köhnə zavoddakı yanğın söndürüldü

Sumqayıtda köhnə düymə zavodunda baş verən yanğın söndürülüb.

Teleqraf.com xəbər verir ki, yanğın zavodun ümumi sahəsi 30 kvadratmetr olan geyim otağında baş verib. Çağırışa cəlb olunan Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri artıq yanğını söndürüblər.

Yanğın zamanı bir əməkdaş yüngül zəhərlənib, ona lazımi tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com
Избранный
212
3
teleqraf.com

7Источники