RU

Baş həkimin otağına benzin tökərək yandıran şəxs saxlanıldı - YENİLƏNİB

Bakıda xəstə baş həkimdən sənəd ala bilmədiyi üçün həkimin otağına benzin tökərək yandırıb.
Manset.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidməti hadisə ilə bağlı açıqlama yayıb. Qeyd edilib ki, paytaxtda 9 saylı poliklinikada yanğın törədən 1984-cü il təvəllüdlü Rəhimov Rüfət polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma aparılır. *** 14:55 Bakıda xəstə baş həkimdən sənəd ala bilmədiyi üçün həkimin otağına benzin tökərək yandırıb.
Manset.az Apa-ya istinadən xəbər verir ki, hadisə 9 saylı şəhər poliklinikasında qeydə alınıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub, yanğını söndürülməyə cəhd edilir.

Xəsarət alan olmadığı bildirilir, əlavə məlumat veriləcək.

Избранный
158
18
manset.az

10Источники