Manset.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidməti hadisə ilə bağlı açıqlama yayıb. Qeyd edilib ki, paytaxtda 9 saylı poliklinikada yanğın törədən 1984-cü il təvəllüdlü Rəhimov Rüfət polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma aparılır. *** 14:55 Bakıda xəstə baş həkimdən sənəd ala bilmədiyi üçün həkimin otağına benzin tökərək yandırıb.
Manset.az Apa-ya istinadən xəbər verir ki, hadisə 9 saylı şəhər poliklinikasında qeydə alınıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub, yanğını söndürülməyə cəhd edilir.
Xəsarət alan olmadığı bildirilir, əlavə məlumat veriləcək.