RU

Ölən İsrail hərbçilərinin sayı açıqlandı

HƏMAS qruplaşmasının hücumu nəticəsində İsrail ərazisində həlak olan hərbçilərin sayı 315-ə çatıb.

“Qafqazinfo” xəbər verir ki, bunu İsrail Müdafiə Nazirliyinin sözçüsü kontr-admiral Daniel Həqari bildirib.

Onun sözlərinə görə, hazırda 238 israilli girov saxlanılır.

Xatırladaq ki, oktyabrın 7-si İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Qəzza zolağına nəzarət edən HƏMAS hərəkatı İsrailə qarşı genişmiqyaslı hərbi əməliyyata başladığını bildirib. Bunun ardınca İsrail ordusu Qəzza zolağında “Dəmir qılınclar” adını verdiyi hərbi əməliyyata başlayıb.

Избранный
562
41
qafqazinfo.az

10Источники