"Amerika kəşfiyyatında İranın İsrailin Qəzza zolağına hücumuna cavab hazırladığına dair məlumatlar var".
Publiuka.az xəbər verir ki, bunu bölgədə ixtisaslaşan keçmiş kəşfiyyat analitiki Conatan Panikoff CNN-ə bildirib.
"ABŞ-ın kəşfiyyat icması hesab edir ki, İran və onun müvəkkilləri İsrailin Qəzza zolağına hərbi müdaxiləsinə cavablarını ölçürlər. İran İsrail və ya ABŞ ilə birbaşa münaqişədən qaçmaq istəyir", - Panikoff deyib.
Telekanalın məlumatına görə, ABŞ hakimiyyəti Qəzza zolağı ətrafında münaqişənin kəskinləşməsindən narahatdır. Onlar buna görə "Hizbullah"ı, eləcə də İranı günahlandırmağa meyllidirlər.