RU

Zəfər günü hava necə olacaq?

Bakı. Trend:

Noyabrın 8-nə gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hirometeorologiya Xidmətindən Trend-ə verilən xəbərə görə, Bakıda vəAbşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı, səhərtədricən kəsiləcəyi, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir.Şimal-qərb küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəzolunacaq.

Havanın temperaturu gecə 13-16°, gündüz 17-22° olacaq. Atmosfertəzyiqi 766 mm civə sütunundan 769 mm civə sütununa yüksələcək.Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağıgözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterliolacağı, şimşək çaxacağı, yüksək dağlıq ərazilərdə qar yağacağıehtimalı var. Səhər tədricən kəsiləcək, gündüz əsasən yağmursuzkeçəcək. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 10-14°, gündüz 19-24°, dağlarda gecə1-6°, gündüz 8-13° olacaq.

Избранный
941
49
az.trend.az

10Источники