RU

Təqaüdçü avara oğullarından bezərək onları güllələdi

Rusiyanın Sverdlovsk vilayətində pensiyaçı oğullarını pul qazanmadığı üçün güllələyib.

KONKRET.az xəbər verir ki, faciə Turinskaya Sloboda kəndində ailə başçısının evində baş verib. İş axtarmayan iki avaradan bezmiş 73 yaşlı ata yetkin övladları ilə mübahisə edib. Qəzəblənən qoca silahı götürərək böyük oğlunun əlindən, kiçik oğlunun isə qarnından iki dəfə atəş açıb.

Sonuncu həkimlər gələnə kimi yerindəcə keçinib, birincisi isə rayon xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib.

Ata cinayət yerindən qaçmağı planlaşdırsa da, onu saxlaya biliblər. O, hüquq-mühafizə orqanlarının əməkdaşlarına sadəcə olaraq övladlarını tərbiyə etmək istədiyini və onları öldürmək niyyətində olmadığını bildirib.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Избранный
702
25
konkret.az

10Источники