AZ

Azərbaycan avrokuboklarda 8 klubla təmsil olunacaq

Həndbol üzrə avrokuboklar üçün klub bölgüsü bəlli olub. 

Bizim.Media xəbər verir ki, Avropa Həndbol Federasiyası ölkələrin 2025/26 mövsümündəki təmsilçi sayını açıqlayıb.

Kişilərdən ibarət komandalarımıza Çempionlar Liqası və Avropa Liqasında yer verilməyib. Avropa kubokunda isə Azərbaycan 4 klub sifariş edə bilər.
 

Qadın həndbolunda da ölkəmizə ümumilikdə 4 yer verilib. Onlardan biri Avropa Liqası, digərləri Avropa kubokunda oynamaq imkanına malikdir. Çempionlar Liqasında isə təmsilçimiz olmayacaq.


Qeyd edək ki, 2024/25 mövsümündə 2 kişi və 3 qadın komandamız Avropa kubokunda mübarizə aparacaq.

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
88
8
bizim.media

9Mənbələr