Həndbol üzrə avrokuboklar üçün klub bölgüsü açıqlanıb. Avropa Həndbol Federasiyası ölkələrin 2025/26 mövsümündəki təmsilçi sayını açıqlayıb. Həndbol üzrə avrokuboklar üçün klub bölgüsü açıqlanıb. Matc.az xəbər verir ki, Avropa Həndbol Federasiyası ölkələrin 2025/26 mövsümündəki təmsilçi sayını açıqlayıb. Kişilərdən ibarət komandalarımıza Çempionlar Liqası və Avropa Liqasında yer verilməyib. Avropa kubokunda isə Azərbaycan 4 klub sifariş edə bilər. Qadın həndbolunda da ölkəmizə ümumilikdə 4 yer verilib. Onlardan biri Avropa Liqası, digərləri Avropa kubokundadır. Çempionlar Liqasında isə təmsilçimiz olmayacaq. Qeyd edək ki, 2024/25 mövsümündə 2 kişi və 3 qadın komandamız Avropa kubokunda mübarizə aparacaq.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta