AZ

Avrokuboklarda klublarımıza 8 yer ayrılıb

Həndbol üzrə avrokuboklar üçün klub bölgüsü bəlli olub. Sport24.az xəbər verir ki, Avropa Həndbol Federasiyası ölkələrin 2025/26 mövsümündəki təmsilçi sayını açıqlayıb. Kişilərdən ibarət komandalarımıza Çempionlar Liqası və Avropa Liqasında yer verilməyib. Avropa kubokunda isə Azərbaycan 4 klub sifariş edə bilər.
 
Qadın həndbolunda da ölkəmizə ümumilikdə 4 yer verilib. Onlardan biri Avropa Liqası, digərləri Avropa kubokunda oynamaq imkanına malikdir. Çempionlar Liqasında isə təmsilçimiz olmayacaq. Xatırladaq ki, 2024/25 mövsümündə 2 kişi və 3 qadın komandamız Avropa kubokunda mübarizə aparacaq.

Seçilən
74
8
sport24.az

9Mənbələr