Bakı. Trend:
Albaniyanın paytaxtı Tiranada güləş üzrə U-23 dünya çempionatıdavam edir.
Trend İdman.biz-əistinadən xəbər verir ki, yarışın üçüncü günündə qadın güləşçilərmübarizəyə qoşulub.
Azərbaycan millisi 5 çəkidən 3-də təmsil olunub. Hər 3idmançımız ilk qarşılaşmasında məğlub olub.
U-23 dünya çempionatı
Qadın güləşi
50 kq
Elnurə Məmmədova 1/8 finalda Umi İto (Yaponiya) ilə qarşılaşıb.Görüş rəqibin 12:2 hesablı qələbəsi ilə yekunlaşıb. Elnurəninrəqibi finala yüksəldiyindən o, təsəlliverici görüşlərəqatılacaq.
55 kq
Gültəkin Şirinova startda qırğızıstanlı Aruuke Kadirbek Kiziyə 5:9hesabı ilə uduzub.
59 kq
Gülər Məmmədova 1/8 finalda hindistanlı Anjli Anjli ilə güləşib və0:10 hesabı ilə məğlub olub. Hindistan güləşçisinin finala vəsiqəqazanması Gülərə medal qazanmaq şansı yaradıb.
Qeyd edək ki, mundialda yeganə bürünc medalı hələlik yunan-Romagüləşçisi Nihat Quluzadə (60 kq) qazanıb. Rəşad Məmmədov (55 kq)adını finala yazdırıb, Xasay Həsənli (77 kq) isə 3-cü yer uğrundagücünü yoxlayacaq.
Mundiala oktyabrın 27-də yekun vurulacaq.