AZ

Güləşçilərimiz üçün 2 medal şansı

Albaniyanın paytaxtı Tiranada güləş üzrə U-23 dünya çempionatı davam edir.

Apasport.az xəbər verir ki, yarışın üçüncü günündə qadın güləşçilər mübarizəyə qoşulub.

Azərbaycan millisi 5 çəkidən 3-də təmsil olunub. Hər 3 idmançımız ilk qarşılaşmasında məğlub olub.

50 kq çəki dərəcəsində Elnurə Məmmədova 1/8 finalda Umi İto (Yaponiya) ilə qarşılaşıb. Görüş rəqibin 12:2 hesablı qələbəsi ilə yekunlaşıb. Elnurənin rəqibi finala yüksəldiyindən o, təsəlliverici görüşlərə qatılacaq.

55 kq çəki dərəcəsində Gültəkin Şirinova startda qırğızıstanlı Aruuke Kadirbek Kiziyə 5:9 hesabı ilə uduzub.

59 kq çəki dərəcəsində Gülər Məmmədova 1/8 finalda hindistanlı Anjli Anjli ilə güləşib və 0:10 hesabı ilə məğlub olub. Hindistan güləşçisinin finala vəsiqə qazanması Gülərə medal qazanmaq şansı yaradıb.

Qeyd edək ki, mundialda yeganə bürünc medalı hələlik yunan-Roma güləşçisi Nihat Quluzadə (60 kq) qazanıb. Rəşad Məmmədov (55 kq) adını finala yazdırıb, Xasay Həsənli (77 kq) isə 3-cü yer uğrunda gücünü yoxlayacaq.

Mundiala oktyabrın 27-də yekun vurulacaq.

Millimizin dünya çempionatına yollanacaq heyəti bəlli olub

AGF xalq pəhləvanının adını daşıyan idman klubunu zəruri inventarla təmin edib

AGF güləşçilər üçün seminar keçirib

Güləşçilərimiz dünya çempionatında iştirak edəcəklər

Güləşçilərimiz Dünya Seriyasının final mərhələsində çıxış edəcəklər

Seçilən
119
3
apasport.az

5Mənbələr