Demokrat.az idman.biz-ə istinadən xəbər verir ki, yarışın üçüncü günündə qadın güləşçilər mübarizəyə qoşulub.
Azərbaycan millisi 5 çəkidən 3-də təmsil olunub. Hər 3 idmançımız ilk qarşılaşmasında məğlub olub.
U-23 dünya çempionatı
Qadın güləşi
50 kq
Elnurə Məmmədova 1/8 finalda Umi İto (Yaponiya) ilə qarşılaşıb. Görüş rəqibin 12:2 hesablı qələbəsi ilə yekunlaşıb. Elnurənin rəqibi finala yüksəldiyindən o, təsəlliverici görüşlərə qatılacaq.
55 kq
Gültəkin Şirinova startda qırğızıstanlı Aruuke Kadirbek Kiziyə 5:9 hesabı ilə uduzub.
59 kq
Gülər Məmmədova 1/8 finalda hindistanlı Anjli Anjli ilə güləşib və 0:10 hesabı ilə məğlub olub. Hindistan güləşçisinin finala vəsiqə qazanması Gülərə medal qazanmaq şansı yaradıb.
Qeyd edək ki, mundialda yeganə bürünc medalı hələlik yunan-Roma güləşçisi Nihat Quluzadə (60 kq) qazanıb. Rəşad Məmmədov (55 kq) adını finala yazdırıb, Xasay Həsənli (77 kq) isə 3-cü yer uğrunda gücünü yoxlayacaq.
5Mənbələr
-
demokrat.azU-23 dünya çempionatı: Qadın güləşçilərimizin 2 bürünc şansı ( 12328987)
-
milli.azU-23 dünya çempionatı: Qadın güləşçilərimizin 2 bürünc şansı ( 12326719)
-
apasport.azGüləşçilərimiz üçün 2 medal şansı ( 12326632)
-
az.trend.azU-23 dünya çempionatı: Qadın güləşçilərimizin 2 bürünc şansı ( 12326188)
-
sportnet.azDünya çempionatı: Qadın güləşçilərimizdən uğursuz start ( 12319435)