Bakı. Trend:
Noyabrın 26-da gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Trend-ə bildirilib ki, Bakıda və Abşeronyarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabirtutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənəncənub-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 10-14°, gündüz 16-21° olacaq. Atmosfertəzyiqi 752 mm civə sütunundan 749 mm civə sütununa enəcək. Nisbirütubət 50-60 % olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyigözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə arabir yağıntılıolacağı, qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlardaduman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 5-9° isti, gündüz 18-23°, dağlarda gecə0-5°, gündüz 8-13° olacaq.