AZ

Bu gün 23 dərəcə isti olacaq

Bu gün Bakıda 21, rayonlarda 23 dərəcə isti olacaq.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən Publika.az-a məlumat verilib.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 10-14° isti, gündüz 16-21° isti olacaq. Atmosfer təzyiqi 752 mm civə sütunundan 749 mm civə sütununa enəcək. Nisbi rütubət 50-60 % olacaq.

Seçilən
890
50
publika.az

10Mənbələr