AZ

Sabah Bakıda 21, rayonlarda 23 dərəcə isti olacaq

Sabah Bakıda 21, rayonlarda 23 dərəcə isti olacaq.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən “Aznews.az”a məlumat verilib.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 10-14° isti, gündüz 16-21° isti olacaq. Atmosfer təzyiqi 752 mm civə sütunundan 749 mm civə sütununa enəcək. Nisbi rütubət 50-60 % olacaq.

Seçilən
720
50
aznews.az

10Mənbələr