AZ

Britaniya Rusiya hakerlərinə sanksiya qoydu

Böyük Britaniya hakimiyyəti haker olan Rusiya vətəndaşlarına qarşı sanksiyalar tətbiq edib.

 

Modern.az "Kommersant"a istinadən xəbər verir ki, London onları ölkənin daxili işlərinə kibermüdaxilədə iştirak etdiyini bildirir.

 

Bununla bağlı Britaniya Xarici İşlər Nazirliyi Rusiya səfirini quruma çağırıb. Britaniya hakimiyyətinin məlumatına görə, onlar "Callisto Group" kiberhücum qrupunun üzvləridir. London qrupun Rusiya FTX-yə tabe olduğunu bildirir.

 

Qrup ən azı 2015-ci ildən bəri bir neçə siyasi partiyanın parlamentarilərinin təqib edilməsində, 2019-cu il seçkiləri ərəfəsində ictimaiyyətə məlum olan Böyük Britaniya və ABŞ-ın ticarət sənədlərinə giriş əldə etməkdə və İnstituta haker hücumunda iştirak etmiş hesab olunur.

Seçilən
681
50
modern.az

10Mənbələr