Taylandda polislərə məxsus “Bell 212” helikopterinin qəzaya uğraması nəticəsində 3 nəfər həlak olub.
Bizim.Media xəbər verir ki, hadisə ölkənin cənubundakı Praçuap Khiri Xan əyalətinin Nonq Kok kəndi ərazisində baş verib.
Təyyarədə olanlardan biri paraşütlə helikopteri tərk etməyi bacarıb, digər üç nəfər isə həlak olub.
İlkin məlumata görə, qəzaya uçuş zamanı yaranan texniki nasazlıq səbəb olub. Helikopter Kançanaburi əyaləti polisinin aviasiya bölməsinə məxsus olub.


Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta