AZ

Cənubi Koreyada təyyarə qəzaya uğrayıb

Cənubi Koreyanın cənub-şərqində yerləşən Pohang şəhərində Dəniz Qüvvələrinə məxsus patrul təyyarəsi dağa çırpılıb.


APA “Yonhap” agentliyinə istinadən xəbər verir ki, Dəniz Qüvvələri təyyarədə 4 nəfərin olduğunu bildirib.

"Pohang hərbi hava bazasından saat 13:43-də təlim üçün havaya qalxan P-3 tipli dəniz patrul təyyarəsi hələlik naməlum səbəbdən yaxınlıqda qəzaya uğrayıb," deyə bildirilib.

Hazırda qəzaya dair əlavə təfərrüatlar, o cümlədən itkilər barədə araşdırma aparılır. Yanğınsöndürmə briqadaları hadisə yerinə cəlb olunub və yanğının söndürülməsi istiqamətində işlər görülür.

Seçilən
354
50
apa.az

10Mənbələr