AZ

ABŞ-də sərnişin təyyarəsi qəzaya uğradı

ABŞ-nin Tennessi ştatında sərnişin təyyarəsi qəzaya uğrayıb.

Avtosfer.az xəbər verir ki, bu barədə CNN ştatın yol patrul xidmətinə istinadən məlumat yayıb.

İlkin məlumata görə, hadisə zamanı təyyarədə 16-20 nəfər olub. Zərərçəkənlərin bəziləri helikopterlərlə yaxınlıqdakı tibb müəssisələrinə təxliyə edilib, digər zərərçəkənlərə isə hadisə yerində yardım göstərilib. Yaralıların dəqiq sayı açıqlanmır.

CNN-in məlumatına görə, qəzaya uğrayan təyyarə paraşütlə tullanmalar üçün istifadə edilib.

Hadisənin təfərrüatı və zərərçəkənlərin sayı dəqiqləşdirilir. Xilasetmə xidmətləri qəza yerində işlərini davam etdirir.

Seçilən
381
50
avtosfer.az

10Mənbələr