"İntento AB" Məhdud Məsuliyyətli Cəmiyyətinin 1 milyona yaxın vergi borcu yaranıb.
Valyuta.az-ın məlumatına görə, sözügedən şirkətin hazırda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 901836.3 manat vergi borcu üzə çıxıb.
Nizamnamə kapitalı 10 manat olan şirkətin hüquqi ünvanı Binəqədi Rayonu, Şəmsi Rəhimov, ev.54, m.25-də yerləşir. Şirkətin qanuni təmsilçisi Elməddin Aftilov Söhbət oğlunun sözügedən borca görə ölkədən çıxışına məhdudiyyət qoyulub.
Sabiq İsbəndərli