“Zəngəzur-Tikinti” Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisinin ölkədən çıxışına məhdudiyyət qoyulub.
Valyuta.az-ın məlumatına görə, buna səbəb sözügedən şirkətin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 3120176.2 AZN vergi borcunun olmasıdır.
Qeyd edək ki, nizamnamə kapitalı 10 manat olan “Zəngəzur-Tikinti” MMC-nin qanuni təçmsilçisi Rəmal Novruzov Adil oğludur. Onun sözügedən borca görə ölkədən çıxışına məhdudiyyət qoyulub.
Sabiq İsbəndərli