Bakı. Trend:
Çinin "Infypower" şirkəti məhsullarını Azərbaycan bazarınatəqdim etməyi planlaşdırır.
Bu barədə Trend-ə açıqlamasında sözügedən şirkətin satışmeneceri Martin Mo 30-cu Yubiley “Baku Energy Week” tədbiriçərçivəsində deyib.
O, ilk olaraq şirkət barəsində məlumat verib: "Rəsmi adı"Shenzhen Infypower" olan şirkətimiz elektrik mühərrikli nəqliyyatvə bərpaolunan enerji sahəsində qabaqcıl güc elektronika həlləritəqdim edən Çin mənşəli yüksək texnologiyalı şirkətidir. 2014-cüildə qurulan bu şirkət, elektrikli avtomobil şarj modulları, enerjisaxlama sistemləri (ESS), ikitərəfli enerji çeviriciləri(bidirectional converters) və V2G (Vehicle-to-Grid) texnologiyalarıüzrə ixtisaslaşıb.
Biz əslində bütün DC enerji doldurucu cihazları istehsal edənbir şirkətik".
Şirkət rəsmisi Azərbaycanla mümkün əməkdaşlıq imkanlarından dabəhs edib: "Azərbaycanda ilk dəfə iştirak edirik. Stendimizdə dəgördüyünüz kimi, biz yüksək gücə malik doldurucu cihazlar istehsaledirik. Bu cihazlarla bütün elektrik nəqliyyat vasitələrini çoxqısa müddətdə doldurmaq mümkündür.
Bu da avtomobillər üçün olduqca rahatdır, yəni yola davam etməküçün idealdır.
Məsələn, hər hansısa bir şirkətdən 15-20 dəqiqlik nəsə alışveriş etməyə gedirsiniz və bu zaman aralığında avtomobiliniz tamdoldurulur və yola davam etməyə hazır olur".
"Beləliklə, biz Azərbaycana bu tip elektrik avtomobilidoldurucuları və yüksək güclü doldurucuları təqdim etməkistəyirik.
Biz məhsullarımızı burada paylamağa və Azərbaycanda biznesqurmağa çalışırıq. Çünki bu bazar kifayət qədər yaxşıdır və yaşılenerji ilə bağlı bəzi siyasətlər və təşəbbüslər var. Deyə bilərəmki, bu sərgidə iştirakımızın əsas səbəbi də budur", - M. Mo qeydedib.