Bakı. Trend:
Rusiyanın "PSS Corporation" şirkəti Azərbaycan bazarında çıxmaqniyyətindədir.
Bu barədə Trend-ə açıqlamasında sözügedən şirkətin beynəlxalqsatış meneceri Kiril Qoriyayev 30-cu Yubiley “Baku Energy Week”tədbiri çərçivəsində deyib.
O, ilk olaraq təmsil etdiyi şirkət barədə məlumat verib: "Bizkatodik mühafizə avadanlıqları sahəsində ixtisaslaşmışıq. Bu odeməkdir ki, bizim avadanlıqlar strukturların korroziyadanqorunmasına kömək edir. Yəni korroziyanın qarşısının alınması iləməşğuluq. Biz neft-qaz, dəniz obyektləri və gəmiqayırma sənayesikimi sahələrə xidmət göstəririk, müxtəlif sahələrdən vəşirkətlərdən olan müştərilərimiz var".
Şirkət nümayəndəsi daha sonra Azərbaycanla mümkün əməkdaşlıqimkanlarından da danışıb: "Rusiya bazarında "Gazprom", "Lukoil"kimi nəhəng şirkətlərlə işləyirik, yəni qlobal bazarda tanınmışoyunçularla əməkdaşlıq edirik.
Eyni zamanda Azərbaycan bazarı bizim üçün çox maraqlıdır.Hal-hazırda biz müxtəlif şirkətlərlə avadanlıqlarımızın yerlibazara tətbiqi və onların boru kəmərlərinin, eləcə də digərkorroziya təhlükəsi olan obyektlərin qorunmasına kömək məqsədilədanışıqlar aparırıq".