AZ

ABŞ silah ehtiyatlarını görünməmiş bir sürətlə artırır- Trump

Birləşmiş Ştatlar silah ehtiyatlarını görünməmiş sürətlə artırmağa başlayıb .Vətəninfo.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Truth Social kanalında bildirib .​

” Hərbi liderlərimizlə indicə gözəl söhbət etdik . Bu , bizim indiyə qədər malik olduğumuz ən güclü ordudur , o cümlədən ABŞ – ın heç vaxt görmədiyi sürətlə silah yığırıq ” , – o yazıb .​​​​

Tramp ümid etdiyini bildirib ki , heç vaxt ABŞ hərbi gücündən istifadə etmək lazım olmayacaq . O , dəfələrlə Ukraynada hərbi münaqişəyə son qoyulmasının vacibliyindən danışıb .

Ağ Ev daha əvvəl Trampın Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Vladimir Zelenski ilə mümkün görüşə açıq olduğunu, lakin Moskva və Kiyev arasında ikitərəfli sülh danışıqlarına üstünlük verdiyini bildirmişdi.

Seçilən
247
50
veteninfo.az

10Mənbələr