AZ

Rusiyada qatarda uşaqlar arasında kütləvi zəhərlənmə

Sverdlovsk vilayətindən olan uşaqlar Anapaya gedən yolda qatarda özlərini pis hiss ediblər, bəziləri xəstəxanaya yerləşdirilməli olub.

Ucnoqta.az-ın məlumatına görə, “İnterfaks” bu barədə regional informasiya siyasəti departamentinə istinadən xəbər verir.

İlkin məlumata görə, uşaqlar evdən özləri ilə götürdükləri yeməkdən zəhərləniblər. Qeyd olunduğu kimi, 8 uşaq tibbi yardım üçün qatardan düşürülüb, xəstəxanaya yerləşdiriliblər.

Seçilən
293
50
ucnoqta.az

10Mənbələr