AZ

Ruslar Zaporojjya istiqamətinə canlı qüvvə köçürür

Ruslar Donetsk istiqamətindən Zaporojjya istiqamətinə hərbi texnika və canlı qüvvə köçürür.

XəzərNews.az xəbər verir ki, bu barədə iyunun 7-də Telegram-da İşğalın Öyrənilməsi Mərkəzinin rəhbəri, Mariupol merinin keçmiş müşaviri Petro Andryuşenko məlumat verib.

"Hərbi texnikanın və canlı qüvvənin Donetsk istiqamətindən Rozivka - Pologi (Zaporijjya rayonu) istiqamətinə ötürülməsini qeydə alırıq. Xüsusilə, Mariupolun şimalındakı Kasyanivka kəndi ərazisində ən azı beş yeni özüyeriyən silah (görünür, təzədir), bir neçə müxtəlif modifikasiyalı tanklar Mariupol-Donnov yüksəkliyi boyunca, Mariupol-Donovk postu boyunca hərəkət edirlər", - deyə məlumatda qeyd olunur.

Xəbər 4 dəfə oxunub.
Seçilən
182
26
xezernews.az

10Mənbələr