AZ

BMT: İstanbul danışıqlarının davamına və sülh üçün dəstəyə hazırıq

BMT: İstanbul danışıqlarının davamına və sülh üçün dəstəyə hazırıq

BMT Rusiya və Ukrayna arasında İstanbulda aparılan danışıqları yaxından izləyir, təşkilat sülh prosesini dəstəkləməyə hazırdır.

AFN.az xəbər verir ki, bunu TASS-a müsahibəsində BMT baş katibinin humanitar məsələlər üzrə müavini və BMT-nin fövqəladə hallar üzrə koordinatoru Tom Fletçer deyib.

"Düşünürəm ki, biz hamımız İstanbuldakı hadisələri diqqətlə izləyirik. Mən Ukraynada, indi də Rusiyada olarkən sülh ideyasını irəli sürmüşdüm - ədalətli sülh, mülki insanları qoruyacaq sülh, humanitar yardımın harada olmasından asılı olmayaraq ehtiyacı olanların hamısına çatdırılmasına imkan verəcək sülh. Və təbii ki, BMT lazım gələrsə, bu prosesi dəstəkləməyə hazırdır", - deyə baş katibin müavini vurğulayıb.

Fletçer qeyd edib ki, bir çox maneələr var, amma uğura ümid də var.

Seçilən
178
29
afn.az

10Mənbələr