Demokrat.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə "Farmingdale Observer" portalı məlumat yayıb.
Bildirilir ki, hadisənin mənbəyi - maqnetar (maqnit ulduzlar) adlanan neytron ulduzudur. Bu obyektlər kainatda ən güclü maqnit sahəsinə malik göy cisimlərindən sayılır. Onların maqnit sahəsi digər neytron ulduzlarından min dəfə güclü ola bilər.
"Maqnetar sanki kosmosda varlığını bildirmək üçün milyardlarla Günəş gücündə "qışqırıb", sonra isə dərhal susub", - deyə İspaniyanın Əndəlus bölgəsindəki Astrofizika İnstitutunun tədqiqatçısı Alberto X.Kastro-Tirado bildirib.
Fövqəladə enerji buraxımı "Sculptor" qalaktikasında baş verib. Hadisə Beynəlxalq Kosmik Stansiyada yerləşdirilmiş ASIM (Atmosphere-Space Interactions Monitor) cihazı vasitəsilə qeydə alınıb. Cihazın ötürdüyü məlumatlar əsasında alimlər bu nadir hadisəni dörd fazaya bölərək öyrəniblər.
Alimlərin sözlərinə görə, bu partlayış indiyə qədər qeydə alınmış ən uzaq maqnetar partlayışı sayılır.
Hazırda kainatda 3 minə yaxın neytron ulduzu məlumdur, amma onların cəmi 30-a qədəri maqnetar kimi tanınıb.
10Mənbələr
-
teleqraf.comYalnız əsgər və alimlərin ziyarət etdiyi ada ( 18021559)
-
day.azAstronomlar qrupu kiçik ulduz orbitində fırlanan nəhəng planet müəmması ilə qarşılaşıblar ( 17978371)
-
az.trend.azAstronomlar qrupu kiçik ulduz orbitində fırlanan nəhəng planet müəmması ilə qarşılaşıblar ( 17975590)
-
azertag.azAstronomlar qrupu kiçik ulduz orbitində fırlanan nəhəng planet müəmması ilə qarşılaşıb ( 17971930)
-
demokrat.azKosmosda "qışqırıq" eşidildi — Bir saniyədən az müddətdə Günəşin 100 min illik enerjisini yaydı ( 17961196)
-
yeniazerbaycan.comYeddinci səfər... ( 17954458)
-
bizim.mediaMarketdəki bu məhsullar təhlükə saçır – Üzərindəki yazıya baxın ( 17952730)
-
bizim.mediaVirtual DÜNYA, real TƏHLÜKƏ - Yeniyetmələr valideynlərindən bunları GİZLƏDİRLƏR ( 17952628)
-
azreform.infoKosmosda "qışqırıq" eşidildi - Bir saniyədən az müddətdə Günəşin 100 min illik enerjisini yaydı ( 17951443)
-
olke.azKosmosda "qışqırıq" eşidildi - Bir saniyədən az müddətdə Günəşin 100 min illik enerjisini yaydı ( 17950678)