AZ

Yalnız əsgər və alimlərin ziyarət etdiyi ada

BAKI, 8 iyun. TELEQRAF

İlha da Queimada Grande adası dünyanın ən təhlükəli adası hesab olunur. Burada 4 min dən çox zəhərli ilanın olduğu bildirilir.

Teleqraf xəbər verir ki, ada o qədər təhlükəli sayılır ki, Braziliya hökuməti ziyarətçilərə ora getməyə qadağa qoyub.

Ada San-Paulu sahillərindən 32 kilometr aralıda yerləşir.

430 min kvadrat metrlik ərazi Yer kürəsində Bothropsların (qızıl gürzələrin) yaşadığı yeganə yerdir. Bura həm də “İlan adası” adlanır

İlanların tədqiqi ilə məşğul olan elm adamları istisna olmaqla, insanlar adanı nadir hallarda ziyarət edirlər. Ada hərbçilər tərəfindən mühafizə olunur.

Bundan əlavə, brakonyerlər adaya səfər edərək qara bazarda qiyməti 30 min dollara qədər olan qızıl gürzələri tutub satırlar.

"Daily Mail" yazır ki, gürzələr təcrid olunmuş şəkildə təkamül edib, çünki dəniz səviyyəsinin yüksəlməsi adanı 11 min il əvvəl materikdən ayırıb.

Qeyd edilir ki, buradakı ilanların zəhəri digərlərindən beş dəfə güclüdür və hətta insan ətini də əridə bilir.

Seçilən
41
17
teleqraf.com

10Mənbələr