Rusiya Prezidenti Vladimir Putin gecə saatlarında Kremldə görünüb.
Publika.az xəbər verir ki, bu barədə “Вы слушали Маяк” adlı "Telegram" kanalı məlumat yayıb.
Paylaşılan videoda dövlət başçısının korteji Kremldəki istiqamətə doğru hərəkət edir. Kanalın məlumatına görə, Putin gecə yarısına təxminən bir saat yarım qalmış Kremldə olub.
Aprel ayının sonunda yayımlanan “Rusiya. Kreml. Putin. 25 il” sənədli filmində Putin etiraf edib ki, son üç ildə demək olar hər gün Kremldə gecələyir, burada yerləşən işgüzar iqamətgahında qalır. O, həmçinin filmdə Kremldəki yataq otaqlarını və yerli kitabxananı göstərib.